Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir və yeni üfüqlər açılmaqdadır

0

  •       Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb. Dövlətimizin başçısının bir-birinin ardınca Tacikistana və Qazaxıstana səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter alıb, siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşib. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır. Son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha da dərinləşib. Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 461 milyon dollar təşkil edir. Qazaxıstan iqtisadiyyatında ölkəmizin sərmayəsi də kifayət qədər ciddi səviyyədədir.  Səkkiz ay bundan əvvəl iki ölkə strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzalamışdı. Qazaxıstan böyük iqtisadiyyata malik olan ölkədir və Azərbaycan da dünyada öz sözünü demiş, Türk dünyasında qalib olmuş, beynəlxalq arenada kifayət qədər çox nüfuza malik olan bir dövlətdir.Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafının əsas məsələləri müzakirə olunub. İki ölkə arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələr  bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Münasibətlərin əsası xalqlarımız arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Lakin, eyni zamanda, bu, günün tələbidir. Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Bütövlükdə qeyd olunmalıdır ki, dövlətimizin başçısının Qazaxıstana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfədir. Bu səfərin nəticələri Qazaxıstanla Azərbaycan arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.Aydın Əliyev,Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib42 dəfə
    Azərbaycan Qazaxıstan münasibətlərinin perspektivi olduqca genişdir yeni üfüqlər açılmaqdadır

    Maraqlı gələ bilər
    50
    153